ABŞ-a məxsus qırıcı qəzaya uğrayıb


ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus “F/A-18E Super Hornet” qırıcısı çərşənbə axşamı Kaliforniya ştatı ərazisində qəzaya uğrayıb. 

Bu barədə Hərbi Dəniz Qüvvələrinin

 “Limur” hərbi bazası rəsmi “facebook” səhifəsində məlumat yerləşdirib.

Bildirilib ki, qəza zamanı pilotun vaxtında hadisəyə reaksiya verməsi nəticəsində xilas ola bilib. Onun müayinə üçün tibb müəssisəsinə göndərildiyi vurğulanıb.

Qəzanın səbəbləri barədə məlumat verilməyib.//APA

 

DİGƏR XƏBƏRLƏR

Top