ANS-in tanınmış aparıcıları AzTV-də işə başladılar

ANS TV-nin aparıcısı Natavan Babayeva yeni kanalla əməkdaşlıq etməyə başlayıb. Yeniavaz.com xəbər verir ki, "Xəbərçi" verilişinin eks-aparıcısı AzTV-də işə düzəlib.

Teleaparıcı artıq dövlət kanalında xəbərlər aparıcısı kimi efirə çıxıb.

ANS və Space televiziyalarında xəbər aparıcısı olmuş Əfsanə Mehdiyevanın da yeni iş yeri məlum olub.

Bu aparıcı da AZTV-də çalışmağa başlayıb.

Aparıcı özü Ölkə.Az-a bildirib ki, Dövlət Televiziyasında da aparıcı kimi fəaliyyət göstərəcək.

DİGƏR XƏBƏRLƏR

Top