9 ayda əhaliyə nə qədər pensiya və sosial müavinət ödənilib? - RƏSMİ


9 ayda sosial təminat üzrə ötən ilin eyni dövrünə nisbətən 853,8 milyon manat çox olmaqla 4 milyard 302 milyon manat vəsait ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar-sentyabr aylarında ümumilikdə 2 milyon 631 min şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım verilib.

Bu təminat növləri üzrə əhaliyə bu ilin 9 ayında ötən ilin eyni dövrünə nisbətən 24,8 faiz və ya 853,8 milyon manat çox olmaqla 4 milyard 302 milyon manat ödənilib.

DİGƏR XƏBƏRLƏR

Top