Sentyabrın 27-dən indiyədək erməni təxribatı nəticəsində ölən və yaralanan mülki vətəndaşlarımızın sayı AÇIQLANDI


“Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində sentyabrın 27-dən hazırkı vaxtadək 19 mülki şəxs həlak olub, 63 nəfər xəsarət alıb”.
Yeniavaz.com
apa-ya istinadla xəbər verir ki, bunu Erməni Silahlı Qüvvələrin təcavüzü nəticəsində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqdə Baş prokuror Kamran Əliyev deyib.
 O bildirib ki, təxribatlar nəticəsində Goranboyda 5, Tərtərdə 8, Ağdamda 4, Füzulidə isə 2 mülki vətəndaş həlak olub.
 
Ölənlərdən 14 nəfəri kişi, 3-ü qadın və 2 azyaşlıdır.
Yaralıların isə 56-sı kişi, 6-sı qadın, 1-i azyaşlıdır.
Təxribatlar nəticəsində hazırkı vaxtadək 44 obyekt, 181 yaşayış evi yararsız hala düşüb.
K. Əliyev qeyd edib ki, bütün faktlarla bağlı prokurorluqda cinayət işi başlanıb.
 

DİGƏR XƏBƏRLƏR

Top