Stoltenberq Rusiyaya çağırış, NATO ölkələrinə isə ismarıc göndərdi

NATO Rusiyanı Suriyanın Hələb şəhərinə hava zərbələrini dayandırmağa çağırır. “Yeniavaz.az”ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə alyansın baş katibi Yens Stoltenberq NATO müdafiə nazirlərinin görüşünə gəlişi üzrə bildirib. O, həmçinin deyib ki, Rusiyanın "Sovet İttifaqının donanma admiralı Kuznetsov" aviadaşıyıcı kreyseri bu zərbələrin endirilməsi üçün istifadə oluna bilər. Baş katib qeyd edib ki, NATO-nun hər bir ölkəsi Rusiyanın avidaşıyıcı qrup gəmilərinin yanacaqla təchizatı barədə öz qərarlarını qəbul etmək hüququna malikdir. "NATO-nun siyasəti uzun illər ondan ibarətdir ki, hər bir ölkənin xarici gəmilərin təchizatı haqqında öz qərarını qəbul etmək hüququ var. Amma mən bununla bağlı narahatlıq bildirirəm ki, Hələbə zərbələrin gücləndirilməsi üçün Rusiya qrupundan istifadə edilə bilər, mən alyansın bütün ölkələrinə bu ismarıcı göndərirəm”.

DİGƏR XƏBƏRLƏR

Top