Qlobal vətəndaşlıq və erməni vandalizmi – ANALİZ


Vandalizm - bilərəkdən və kor-təbii şəkildə maddi və mədəni dəyərlərin, abidələrin məhv edilməsi deməkdir. Bu addımı atanları bir qayda olaraq "vandal" adlandırırlar.
Bədnam qonşumuz Ermənistanın keçdiyi yola nəzər salsaq, tarix boyunca onun məhz bu etiketin tam mənasına uyğun fəaliyyət göstərdiyinin şahidi olarıq. Ermənistanın faşizm ideologiyasının yeni formasına əsaslanan siyasəti nəinki bu ideyanı uyduranların başlarına sığmır, bu bədxah ideya qullarına bütün dünya belə dar gəlir. Bədbəxtçiliyə doğru iri addımlarla irəliləyən bu zavallı ölkənin sabiq prezidentlərindən olan R. Koçaryan mövcud iqtidarın dünyada baş verən qloballaşma tendensiyasından xəbərsiz olduğunu vurğulayıb, xalqını gözləyən məchul taledən narahatlığını dilə gətirməyi özünə borc bilib. Bu və erməni mənbələrindən sızan buna bənzər digər şərhlər bir daha göstərdi ki, Paşinyanın gözü ayağının altını görməsə də, onun başıpozuq hərəkətləri kənardan seyr edənlərə çox aydın görünür.
***
Keçən əsrdə iki düşmən sistemin sürətlə silahlanaraq soyuq müharibə apardıqları zaman mütərəqqi siyasətçilərin leksikonunda belə bir deyim, dilemma vardı:
“Coexistence or noexistence” – yəni ki, “ya dinc yanaşı yaşamaq, ya da məhv olmaq.”
Bu ideyanın tarixi daha qədimlərə gedib çıxır. Neçə əsrlər öncə böyük Hindistan şairi Əmir Xosrov Dəhləvi (1253-1325) demişdi:
Dostluq ağacı ək ki, şirin meyvə gətirsin,
Düşmənçiliyin hasili bir parça zəhərdir.
***
"Oğrunun milliyyəti olmaz" deyiblərsə də, oğru da var, oğru da var. Götürdüyünü götürdükdən sonra taladığı obyekti yandırıb yaxan oğrular da var. Vandallar və onların hərəkətləri də elə bu cürdür. Vandalizm hər yerdə pislənən, mədəni irqə yaraşmayan hərəkətdir, lakin erməni vandalizmi məhz bu millətin boy-buxununa biçilib. Özlərini gah əzilən, haqqı tapdanan, soyqırımına məruz qalan, dünyadan imdad diləyən miskin millət kimi qələmə verir, gah da Allahın onları ali, təmizqanlı irq kimi yaratmış olduğunu iddia edirlər. Əslində bu kriteriyaların heç birinə uyğun gəlməyən erməni millətçiləri öz yırtıcılığı ilə, mənfur ideyaları uğrunda hər vasitəyə əl atmağa çalışan, özündən başqa bütün millətlərin əbəs yerə yaradıldığına özünü inandırmış eqoist tör-töküntülərdən başqa bir şey deyillər.
***
Hal-hazırda dünyanı çuğlamış koronavirus pandemiyasının törətdiyi sosial, humanitar, iqtisadi problemlərin ölçüyəgəlməz miqyası bir daha göstərdi ki, dünya adi bir insan orqanizminə bənzəyir. Barmağa tikan batarsa, bütün vücud onun acısını çəkər. Hər hansı bir yaranın sağalması üçün bədən özünü səfərbər etməlidir. O, öz müqavimət qüvvəsini, immunitetini itirdikdə istənilən xəstəliyə təslim olur. Yaşadığımız günlər sübut edir ki, dünya ölkələri bir-birilərindən təcrid olunmuş halda yaşaya bilməz. Koronavirusa qarşı həmrəy mübarizə apardığımız kimi, nəticəsi çox dəhşətli ola biləcək təhlükələri də birlikdə həll eyməklə dünyamızı qorumalıyıq. Əks təqdirdə yaşadığımız dünyanın gələcək nəsillərinin intellekti daha ciddi humanitar proqresə aparan yollar aramaqdansa, “süd gölməçəsi” nağılında deyildiyi kimi, öz yerində sayacaq, heç nə dəyişməyəcək:
 Kral qazdırdığı gölməçəyə gecə hər kəsin bir stəkan süd tökməsini əmr edir. Bu hesabla səhərə qədər gölməçə süd ilə dolmalı idi. Gecə süd aparmaq istəyən bir nəfər hər kəsin gölməçəyə süd tökəcəyini zənn edərək gizlicə bir stəkan su aparmağı qərara alır. O, gecənin qaranlığında, heç kəsin görmədiyi bir vaxt gölməçəyə suyu töküb qayıdır.
Səhər gölməçəyə baş çəkən kral onun su ilə dolu olduğuna təəccüb edir. Sən demə, şəhərdə hər kəs gölməçəyə süd əvəzinə su tökən adam kimi düşünübmüş: - “Onsuz da gölməçəyə hər kəs süd tökəcək, bir stəkan süd yerinə su töksəm nə olcaq ki?”
Maraqlı tərəflərin bədnam uzaqgörənliyi ilə yaradılmış “Dağlıq Qarabağ” və ona bənzər problemlər də elə bu “Süd gölməcəsi” macərası kimidir. Əlləri bir anda dünyanın istənilən nöqtəsinə çatan dünya gücləri aktiv vulkan kimi istənilən vaxt püskürə biləcək konfliktlərin həllinə öz töhfələrini vermək əvəzinə seyrçi mövqe tutur, məsələlərə ikili standartla yanaşıb, işlərini bitmiş hesab edirlər. Vaxtında tədbir görmək haqqında bir türk atalar sözündə deyilir: - Bir mıx bir nalı qurtarar, bir nal bir atı qurtarar, bir at bir əri qurtarar, bir ər bir cəngi qurtarar, bir cəng bir vətəni qurtarar.
***
Dünyamızın qaynar nöqtələrlə dolu mövcud mənzərəsi onun əldə etdiyi elmi, mədəni, texnoloji nailiyyətlərinə yaraşmır. İstənilən sahədə inkişaf, yenilik dünyanın birliyini, qloballaşmasının dərinləşməsini sürətləndirir. Təkcə müsbət inkişaf deyil, fəlakətlər, xəstəliklər belə bir-birimizdən qarşılıqlı asılılığımızı aktuallaşdırır. Gecələr heyran-heyran seyr etdiyimiz göydə yaşadığımız dünya üçün potensial qorxu yaradan onlarla, bəlkə də yüzlərlə və daha çox təhlükə mənbələri, astroidlər vardır. Alimlər gecə-gündüz onların vəziyyətini müşahidə edır, tədqiqatlar aparırlar. İraq olsun, dünyamız üçün ciddi təhlükə yaranarsa, bütün ölkələr ona qarşı birlikdə tədbir görməyə çalışarlar. Tüstülənməkdə olan qaynar nöqtələr də bu təhlükəyə bənzəyir. Biganəlik göstərməkdənsə, işğalçı Ermənistana qarşı ən azından qonşu ölkələr, qardaş Türkiyə kimi ciddi tədbir görsəydilər, bu ölkənin vandal rəhbəri BBC-nin “HARDtalk” proqramının aparıcısı Stefan Sakurun 13 avqust 2020-ci ildə  “...siz əlinizi Azərbaycana uzatmaq və doğrudan da öz sələflərinizdən fərqli olduğunuzu göstərmək üçün bu cinayətləri etiraf etməyə və “Bağışlayın!” – deməyə hazırsınızmı?” sualına N. Paşinyan nəinki müsbət cavab verər, - “Azərbaycanın ayağını öpməyə hazıram!”- deyərdi. Heç kəsə sirr deyil ki, Ermənistan bu gün Rusiya, İran, ABŞ, Fransa və digər ölkələrin hesabına yaşayır, bilmirlər ki,  
Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü.
(H.Cavid)
***
Artıq reallaşmaqda olan qlobal vətəndaşlıq nəzəriyyəsinin əsas prinsiplərindən biri təkcə özümüzü yaşadığımız ölkənin deyil, dünya ictimaiyyətinin üzvü hesab etmək və yetişdirməkdir. Bu qlobal məqsəd özündə insan haqları, dini pluralizmə, mədəni müxtəlifliyə hörmət, ətraf mühitin qorunması, kütləvi qırğın silahlarının məhv edilməsi, nüvə silahlarının yayılmasının qarşısını almaq, ölkələr arasındakı konfliktlərin həll olunması, humanitar yardım göstərmək kimi ülvi tələbləri ehtiva edir.
Dünya təhsilinin əsas qurumlarından olan YUNESKO (UNESCO)-nun 2030-cu ilə qədər təhsil və dayanıqlı inkişaf proqramının əsas hədəflərindən biri sülhsevər və ədalətli cəmiyyətlərin inkişafına yardım edə biləcək nəsillərin yetişdirilməsini nəzərdə tutur.
Körpəsinin laylasını belə Türk və türk köklü xalqlara qarşı nifrətlə çalan erməni anası hərbi paltar geyinib, Qarabağda öz işğalçılıqlarını utanmadan nümayiş etdirən, quyruğu qapı arasında qalanda “Qarabağ döyüşlərində ölən erməni əsgərlərinin analarını Azərbaycan analarına müraciət etməyə çağıran” Anna Akopyan (N. Paşinyanın arvadı) yetişməkdə olan erməni gəncliyinə hansı qlobal vətəndaşlıqdan danışa bilər? Bu qadın bəlkə də, çox şeylərimiz kimi,  Koroğlunun Nigarı və ya Nəbinin Həcərinin tarixin yaddaşına həkk olunmuş qəhrəmanlıq nümunələrini oğurlamaq istəyib. Ərinin saxta qəhrəmanlığından gözləri dumanlanmış Anna xanım anlamalıdır ki, düşməni darmadağın edib, ərazi bütövlüyümüzü təmin etmək üçün bu gün bizim güclü ordumuz var. Sizin ərli-arvadlı göstərdiyiniz şoular ordumuzun “Tətiyi çək!” - əmrini alanacan müəyyən mənada təsirli görünə bilər. Unutmayın ki:
Azərbaycan oğul doğur
Döyüşlərdə ölmək üçün.
O, vuruşur hələ ancaq,
Öz gücünü bilmək üçün...
(S. Tahir)
 
***
Yalnız milli, etnik, dini mənsubiyyətə hədsiz nifrətdən yaranmış erməni vandalizmi uğursuzluğa məhkumdur. Azərbaycanın humanizmi bütün dünyaya məlumdur. Mülki sakinlərə qıymayan, əsirlərə ən yüksək səviyyədə insani münasibət bəsləyən Azərbaycan hara, ayağı dəydiyi yeri alt-üst edən, mülki şəxsləri, onların yaşayış məntəqələrini hədəfə alan, əsirlərlə vəhşicəsinə davranan erməni vandalları hara?
***
 Dünya sürətlə dəyişir. Qlobal vətəndaşlıq vüsət aldıqca erməni gəncliyi bu humanitar proqramın ideyalarına layiq təlim-tərbiyə görmədiklərinə görə beynəlxalq gənclikdən utanacaq və dədə-babalarının səhvlərini dərk etdikcə onlara lənət yağdıracaqlar.
Azərbaycan gəncliyi ölkəsinin, onun rəhbərliyinin beynəlxalq hüquq və humanitar normalara əsaslanan və onlara hörmətlə yeritdiyi daxili və xarici siyasətə uyğun yetişdiyi üçün qlobal vətəndaşlar kimi dünyanın hər yerində alnı açıq, üzü ağ yaşayıb yaratmağa, harada olmasından asılı olmayaraq, mütərəqqi qüvvələrlə həmrəylik quraraq öz vətəninin mövqeyini müdafiə etməyə, lazım gələrsə müqəddəs torpağı uğrunda son damla qanına qədər döyüşməyə hazırdır. Sözardı olaraq, qələm erməni vandallarına bu sətirləri də ünvanladı:
***
 
Bil, oğrusan yad bağında,
Dünyamızın bu çağında.
 
Səhv etmişəm yer göstərib,
Abır gərək qonağında.
 
Çox güvənmə, əvvəl-axır,
Qovrularsan öz yağında.
 
Yaxı-yaxşı bax, fikirləş,
Başın varsa papağında.
 
İnanmırsan ki, Allahı,
Musa görüb Tur dağında?
 
Gözün doymaz – yalavacsan,
Xeyir yoxmuş ayağında.
 
Oturmusan od üstündə,
Yanın yansın ocağında.
 
Rahib yazar “Lənət sənə!”
Öz qanınla yanağında.


Rahib Alpanlı (Sədullayev),
ADPU Quba filialının baş müəllimi, qabaqcıl təhsil işçisi

DİGƏR XƏBƏRLƏR

Top