
İtaliya hökuməti Aralıq dənizində Türkiyə-Yunanıstan arasında yaşanan gərginliyə münasibət bildirib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, İtaliyanın baş naziri Ciseppe Konte Aralıq dənizində baş verən gərginlikdə Türkiyəyə qarşı digər ölkələri dəstəklədiklərini açıqlayıb:
“Türkiyənin tək tərəfli addımları qarşısında Yunanıstan və Kiprdən olan dostlarımızın yanındayıq. İtaliya olaraq biz bunu həmişə etdik və etməyə davam edəcəyik”.
İtaliya Baş naziri həmçinin bildirib ki, Aralıq dənizindəki gərginliyin azaldılması istiqamətində görülən işləri, dialoqu məmnuniyyətlə qarşılayırlar.