Rusiya bu ölkəyə olan aviareysləri bərpa etdi, ilk uçuş bu gün həyata keçiriləcək


Rusiya Misirə olan təyyarə uçuşlarını bərpa edib.
Yeniavaz.com
Rusiya mətbuatına istinadla xəbər verir ki, pandemiya səbəbilə bir neçə ay əvvəl dayandırılan Moskva-Qahirə aviareysi bərpa edilib. Verilən məlumatlarda ilk uçuşun bu gün axşam baş tutacağı bildirilib. Uçuşlar həftədə 3 dəfə olacaq. Sərnişinlər uçuşdan 72 saat əvvəl əldə etdikləri koronavirusa yoluxmadıqlarına dair sənədi təqdim etməlidirlər. Yenidən Moskvaya qayıdan sərnişinlər isə 3 gün ərzində başqa bir COVİD-19 testindən keçməlidirlər.
Qeyd edək ki, Rusiya sentyabrın 10-dan Maldiv adalarına, 11-dən isə Birləşmiş Ərəb Əmirliklərinə təyyarə uçuşlarını yenidən həyata keçirməyə başlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top