Keçmiş deputat İlham Əliyev: "Səs yazımı yaymasa, o saytı cəzalandıracağam" - VİDEO


Xəbər verdiyimiz kimi, Abşeron Rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs cəzası alan Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün azadlığa çıxdı.
Yeniavaz.com
 xəbər verir ki, azadlığa çıxan keçmiş deputat jurnalistlərə açılama verib.
Sabiq deputat haqqında yazılan yazı ilə bağlı da danışıb: “Mənim şəklimi verib altından yazıb ki, “kefim kökdü, kefimi pozmuram …” mən o sayta burdan xəbərdarlıq edirəm, əgər iki gün ərzində mənim o sözümün audio yazısını verməsə, mən onları tapıb cəzalandıracağam. Çünki, deyilməyən sözə görə insanı cəmiyyət qarşısında alçaltmaq və nüfuzdan salmaq şərəfsizlikdi. Şərəfsizlik isə cəzalandırılmalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top