Hacıqabulda “KamAz” piyadanı vurdu


Hacıqabulda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə Bakı-Qazax magistralının Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“KamAZ” markalı avtomobil yolu keçən Bərdə rayonunda məskunlaşan Zəngilan rayon sakini, 1965-ci il təvəllüdlü Şəmilov Tofiq Muxtar oğlunu vurub.
Ağır yaralanan piyada Hacıqabul Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.(APA)

DİGƏR XƏBƏRLƏR

Top