Tacikistan prezidentinə yeni status verildi

Tacikistan Prezidenti Emomali Rahmon müstəqil Tacikistanın qurucusu statusu alıb. “Yeniavaz.az”ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Tacikistan parlamentinin aşağı palatasının deputatkarl növbəti iclasda bu adın E.Rahmona verilməsinin lehinə yekdilliklə səs veriblər. Bundan başqa deputatlar konstitusiya qanuna “Sülh və milli vəhdətin qurucusu – millətin lideri haqqında” statusun verilməsinin lehinə yekdilliklə səs veriblər. Dəyişikliklərə əsasən ölkədə Millətin lideri fondu yaradılır, Millətin lideri ordeni və Millətin lideri mükafatı təsis edilir. Millətin lideri prezident vəzifəsindən getdikdən sonra xalqa müraciət etmək və vacib dövlət tədbirlərində iştirak edərək çıxış etmək haqqına malikdir. Ölkə hakimiyyəti dövründə həyata keçirilmiş bütün əməllərə görə Millətin liderinə toxunulmazlıq haqqı verilir. Onu, həmçinin saxlamaq, həbs etmək olmaz.

DİGƏR XƏBƏRLƏR

Top