NATO-nun markası buraxıldı

Belçika poçtu NATO-nun Brüsseldə yeni mənzil-qərargahınım açılacağına həsr olunmuş marka buraxıb. “Yeniavaz.az”ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, 5,59 avro dəyərində markada NATO-nun yeni baş ofisinin fasadı əks olunub. Binanın tikintisi başa çatmaq ərəfəsindədir. Yeni baş bina 2017-ci ilin əvvəlində açılacaq. Qeyd edək ki, NATO-nun mənzil-qərargahı 1967-ci ildə Parisdən Brüsselə köçmüşdü. Buna səbəb Fransanın alyansın hərbi strukturundan çıxmaq qərarı olmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top