“Nəyə görə bu gün Azərbaycanın Qarabağ bölgəsində bir dənə olsun nə regional televiziya ver, nə “FM” var? Halbuki qarşı tərəf Şuşada, Ağdamda, Əsgərənda oturub, yüksək ötürücülərini qoyub, düz 200 kilometr Azərbaycanın içərisinə, Mil-Muğan düzü, Qarabağ düzü, Kür çayı boyunca Bakıya qədər”.
Bu sözləri Yeniavaz.com-da Kamran Həsənlinin təqdimatında yayımlanan “Günün Ekranı” verilişinin qonağı, tanınmış hüquqşünas Ələsgər Məmmədli deyib. O bildirib ki, bu, ciddi milli təhlükəsizlik problemidir:
“Mən dünən Ağdamdan gəlirdim. Erməninin 10 dənə “FM”i var. Avtomobilimdə radionu harada fırlayıram, ancaq erməni radiosu, İran radiosu. Bu ciddi milli təhlükəsizlikdir. Başlayır Salyan, Şamaxıdan, yəni buradan getdiniz, ərazi sizin deyil. Bütün milli tezliklərimiz doludur, qonşularla, nədən? Çünki onlarda var, bizdə boşdur. Bu suya bənzəyir, hansı çökəkdirsə, su oraya axacaq. İndiki halda milli tezlikləri boş saxladığınız zaman, lisenziya vermədiyiniz zaman o boşluqları İran, Gürcüstan, şimalda isə Rusiya tezlikləri doldurur. Rəqabətə dayanıqlı açıq tender elan et, mən şəxsən Qarabağda regional bir radio açaram, öz əhalimizə faydalı olabiləcək şəkildə. Nəyə görə bu gün Azərbaycanın Qarabağ bölgəsində bir dənə olsun nə regional televiziya ver, nə “FM” var? Halbuki qarşı tərəf Şuşada, Ağdamda, Əsgərənda oturub, yüksək ötürücülərini qoyub, düz 200 kilometr Azərbaycanın içərisinə, Mil-Muğan düzü, Qarabağ düzü, Kür çayı boyunca Bakıya qədər”.
Verilişə tam halda buradan baxa bilərsiniz: