
İran Birləşmiş Ərəb Əmirliklərinə aid gəmini ələ keçirdiyini açıqlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, İran Xarici İşlər Nazirliyi verdiyi yazılı açıqlamada Birləşmiş Ərəb Əmirliklərinə aid gəmini ələ keçirdiklərini, ekipajı isə həbs etdiklərini bildirib.
İran XİN-in açıqlamasında həmçinin bildirilib ki, eyni gün, bu hadisədən bir müddət əvvəl BƏƏ sahil mühafizəçiləri Fars körfəzindəki İran balıqçı qayıqlarına atəş açıb, nəticədə 2 iranlı balıqçı dünyasını dəyişib.