İran “Şəhid Qasım Süleymani” adlı yeni ballistik raketi nümayiş etdirdi - FOTO


İran yeni ballistik raketlərini təqdim edib.
Yeniavaz.com
“Reuters”ə istinadla xəbər verir ki, İranın Müdafiə naziri Əmir Hətəmi ABŞ-ın Tehranın raket proqramını dayandırması tələblərinə məhəl qoymadıqlarını bildirib: “Şəhid Qasım Süleymani” adlanan yerüstü raketin 1400 km, şəhid Əbu Mehdi adlandırılan kruiz raketinin isə 1000 km-dən çox mənzili var. Xüsusilə kruiz raketləri bizim üçün çox vacibdir”.
Qeyd edək ki, bir neçə gün əvvəl BMT-nin Təhlükəsizlik Şurasında İrana qarşı silah embarqosunun vaxtının uzadılmasına dair sənəd qəbul edilməyib. Son sazişin vaxtı isə oktyabr ayında sona yetir.

 

DİGƏR XƏBƏRLƏR

Top