Təhsil nazirinə müşavir təyin olunan 33 yaşlı Simuzər Feyzullayeva kimdir? – DOSYE


Xəbər verdiyimiz kimi, bu gün yeni Təhsil naziri Emin Əmrullayev Simuzər Feyzullayevanı nazirin müşaviri təyin edib.
Yeniavaz.com xəbər verir ki, Feyzullayeva Simuzər Rafiq qızı 1987-ci ildə Bakıda anadan olub. Bakının Səbail rayonunda yerləşən 219 saylı orta məktəbdə təhsil alıb.
2004-cü ildə 565 balla Bakı Dövlət Universitetinin “Hüquq” Fakultəsinə daxil olub. 2008-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2010-cu ildə isə magistr dərəcəsi əldə edib. Simuzər Feyzullayeva 2010-cu ildə Bakı Dövlət Universitetinin Kommersiya hüququ magistr proqramında təhil alarkən  Vyana şəhərində 17-ci VİS Beynəlxalq Kommersiya Arbitrajı Müsabiqəsində iştirak edib. Boston Universitetində hüquqşünaslıq ixtisası üzrə magistr təhsilini (LL.M.) 2011-ci ildə başa vurub. S.Feyzullayeva 2011-2018-ci illərdə “Baker&Mckenzi” beynəlxalq hüquq şirkətində baş hüquqşünas, 2018-2019-cu illərdə “KPMG” beynəlxalq audit şirkətində hüquq meneceri, 2019-cu ildən isə Təhsil İnstitutunda Layihə Katibliyinin rəhbəri vəzifəsində çalışıb.
Simuzər Feyzullayeva “KPMG Azerbaijan Ltd” şirkətində çalışan zaman – 2019-cu ildə Baş nazirin müavini Yaqub Eyyubovun əmri ilə  Azərbaycan Respublikası Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının İşçi qruplarının tərkibinə daxil edilib.
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top