“Lukoil”da 75 litr tutumu olan çənə 82 litr yanacaq "vurulub"? - İDDİA+FOTO

"Lukoil"un yanacaqdoldurma məntəqəsində tutumu 75 litr olan avtomobilin yanacaq çəninə 82 litr yanacaq vurulub.

Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Vamiq Nəsirov idia edib. O bu barədə sosial şəbəkə hesabında yazıb:

""Lukoil"un yanacaqdoldurma məntəqələrindən birində tam çən yanacaq doldurdum. 75 litr tutumu olan çənə 82 litr yanacaq "vurdular". Üstəlik çəndə ən az 3 litr yanacaq vardı. Məsələni aydınlaşdırmaq istədim. Amma çox konkret bir cavab verdilər -  "Nə var odur". O qədər əmin və qəti cavab verdilər ki, özümdən və "Hyundai" şirkətindən şübhələndim. Dedim yəqin "Hyundai" "bezrazmer" yanacaq çəni istehsal edib, müştəriləri məlumatlandırmayıb".

DİGƏR XƏBƏRLƏR

Top