Mingəçevirdə gizli fəaliyyət göstərən restoran aşkar edildi - FOTOLAR


Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində şəhər ərazisində xüsusi karantin rejimi qaydalarına zidd gizli fəaliyyət göstərən restoran aşkar edilib.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, şəhərin Heydər Hüseynov küçəsində yerləşən “Miraj” restoranının qaydaları pozaraq, müştəri qəbul etdiyi məlum olub.
İcarə əsasında obyekti işlədən Yaşar Mövsümov barəsində Mingəçevir Şəhər Polis Şöbəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə o, 3100 manat cərimə edilib.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top