Zakir Həsənov: “İnşaallah TSQ-nın dəstəyi ilə Azərbaycan SQ öz vəzifəsini yerinə yetirəcək”


“Türkiyə ilə Azərbaycan eyni millətdir, eyni din və mədəniyyətə sahibik”.

Yeniavaz.com “AA”ya istinadla xəbər verir ki, bu sözləri Azərbaycanın Müdafiə naziri Zakir Həsənov deyib. O bildirib ki, Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü ordularından biridir:
“Bizim şansımızdır ki, belə bir güclü ordu ilə hərbi təlimlər keçirik. TSQ bu gün bütün dünyaya gücünü göstərdi. İnşaallah Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələri öz vəzifəsini yerinə yetirəcəkdir”.
Daha sonra hər iki ölkənin Müdafiə naziri və digər hərbçilər xatirə şəkli çəkdiriblər.

DİGƏR XƏBƏRLƏR

Top