
Belarusda keçirilən son aksiyada polis etirazçılara atəş açıb.
Yeniavaz.com “ria.ru”ya istinadla xəbər verir ki, bu barədə Belarus Daxili İşlər Nazirliyinin mətbuat katibi Olqa Çemodanova məlumat verib. O bildirib ki, yürüşdə etirazçılardan biri polisə hücum edib: “Polisin xəbərdarlıq atəşi açmağına baxmayaraq onlardan biri hücuma davam edib. Bu vaxt polis ona atəş açmağa məcbur olub və yaralayıb”.