Xalça yuma şirkəti Binəqədi sakinin xalçalarını niyə qaytarmır?


Binəqədi rayon sakini Ema Rəfiyeva təxminən bir ay əvvəl “Moni” xalça yuma şirkəti tərəfindən özünə, qaynanasına və qonşusuna məxsus xalçaların aparıldığını, amma hələ də qaytarılmadığını iddia edir.
O Yeniavaz.com-a açıqlamasında bildirib ki, şirkət əvvəlcə xalçaları təmizləmədən gətirib: “Təxminən bir ay əvvəl bu xalça şirkəti bizim xalçalarımızı aparıb təmizləmədən geri qaytarmışdı. Xalçanı açanda gördüm ki, hələ də çirklidir. Qonşunun xalçasının isə kənarındakı saçaqlar yerində yox idi. Şirkətlə əlaqə saxladıq, Orxan adlı əməkdaşları gəldi. Məsələni ona izah etdik. Xalçaları apardı və hələ də geri qaytarmayıb. Nə vaxt zəng edirdik, bizə deyirdi ki, sabah xalçanızı gətirəcəyik. Sonuncu dəfə dünən dedi ki, gedin nə edirsiniz edin”.
Şirkətin xalçaları götürən sürücüsü Orxan isə Yeniavaz.com-a bildirdi ki, xalçalar bu gün sahiblərinə qaytarılacaq: “O qadın bizə xalçanı verəndə kənarındakı saçaqlar yox idi. İndi isə deyir ki, həmin saçaqları siz kəsmisiniz. Xalçaları 3-ü də bir yerdə veriblər deyə, deyirlər ki, bizim xalçalarımız bir yerdə gətirin. Mən özləri ilə danışdım. Qadının yoldaşı dedi ki, problem deyil, xalçalar necə var, elə də gətirin. Bu gün xalçaları aparıb verəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top