Kamran Həsənli musiqiçilərin vəziyyətindən danışdı: "Siz o 50-60 nəfər məşhur müğənniləri..." - VİDEO


Tanınmış musiqişünas və aparıcı Kamran Həsənli şadlıq saraylarında çalışan musiqiçilərin işsizlikdən əziyyət çəkdiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə sosial şəbəkələrdə çıxış edib. K. Həsənli bildirib ki, onminlərlə musiqiçi 5 aydır ki, evinə pul apara bilmir:
“Dövlətin iqtisadiyyatına niyə belə zərbə vurursunuz? Orada onminlərlə musiqiçi çalışır. Mən indi musiqiçilərin adından danışacağam, sonra davamını gətirəcəyəm. Siz o 50-60 nəfər məşhur müğənniləri kənara qoyun. O onminlərlə musiqiçi 5 aydır evinə pul apara bilmir. Onların çoxu kirayə qalır, evlərində yaşlı insanlar var, körpələr var, dərman almalıdırlar, yemək almalıdırlar. Pulsuz-parasız qalıblar, bu insanları düşünən varmı? Onlar sabahdan nigarandırlar, bu şadlıq saraylarında təkcə musiqiçilər çalışmır”.

DİGƏR XƏBƏRLƏR

Top