Azərbaycanlıların yaşadığı kənd koronavirusa görə tam təcrid olunub

Gürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Qaracalar kəndi koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə tam təcrid olunub.
Yeniavaz.com “report”a istinadla xəbər verir ki, kəndə giriş-çıxış bağlanıb.
Digər iki kənd – Qaratəhlə və Ağtəhlə kəndləri ilə bağlı analoji qərar hələ qəbul olunmayıb.
Qeyd edək ki, son günlər Qardabaninin kəndlərində COVID-19-a yoluxma halları artıb.

DİGƏR XƏBƏRLƏR

Top