
Ermənistan ordusunun Tovuz istiqamətində törətdiyi təxribatlara Azərbaycan ordusunun cavab verməsi nəticəsində yaralanmış erməni əsgərlərindən biri ölüb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadla xəbər verir ki, ötən il iyulun 23-də hərbi xidmətə çağırılan və iyulun 14-də başından ağır yaralanan 2002-ci il təvəllüdlü əsgər Artur Baqratoviç bu gün dünyasını dəyişib.
Beləliklə, Ermənistan tərəfinin açıqladığı rəsmi məlumatlara əsasən düşmənin itkiləri 5-ə çatıb. Hazırda isə 36 yaralı var ki, onlardan beşinin vəziyyəti ağırdır.