Aİ Azərbaycan və Ermənistanı təmkinli olmağa dəvət edib


Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə təmsilçisi Cosep Borrell Azərbaycan və Ermənistanı təmkinli olmağa dəvət edib.
Yeniavaz.com Türkiyə mətbuatına istibadən xəbər verir ki, Aİ Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici işlər naziri Zöhrab Mnatsakanyanla telefon vasitəsilə danışıb. Açıqlamanı Aİ Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti təmsilçisi Cosep Borrellin mətbuat xidməti yayıb.
Borrell hadisə nəticəsində dünyasını dəyişənlərin ailələrinə başsağlığı verərək, tərəfləri silahlı mübarizəyə son qoymağa və gərginiliyi artıracaq açıqlamalardan uzaq durmağa səsləyib.
Bundan başqa Aİ-nın nümayəndəsi Cosep Borrell bütün regional aktyorların "dinc məqsəd" üçün səy göstərmələrinin lazım olduğunu söyləyib. Onun sözlərinə görə tərəflərin birbaşa ünsiyyət qurması vacibdir.

DİGƏR XƏBƏRLƏR

Top