Sami Yusufdan Azərbaycanla bağlı paylaşım - FOTO


"Mən Ermənistan sərhədi yaxınlığında yaralanmış və vəfat etmiş Azərbaycan əsgərləri, hərbçiləri və sadə vətəndaşlarına görə dərin hüzn hissi keçirirəm. Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığını dayandırmasını istəyirəm və təcili atəşkəs çağırışlarına mən də qoşuluram".

Yeniavaz.com xəbər verir ki, məşhur müğənni Sami Yusif Tovuz istiqamətində baş verənlərlə bağlı təəssüfünü sosial şəbəkədə bildirərək, bu addımı zorakılıq kimi qiymətləndirib. Sami Yusif, Dağlıq Qarabağda da illərdir davam edən özbaşınalığı insanların həyat işığının söndürülməsinə səbəb olduğuna işarə edib. 
O, həmçinin bildirib ki, COVID-19-la üz-üzə olduğumuz dövrdə Ermənistan öz simasını daha aydın göstərdi.  
Son olaraq qeyd edək ki, müğənni 2 gündür instagram hesabında ard-arda üzərində Azərbaycan bayraqları olan #QARABAĞAZƏRBAYCANDIR başlıqlı paylaşımlar edir.

DİGƏR XƏBƏRLƏR

Top