Türkiyənin Müdafiə nazirindən Ermənistanla sərhəddə baş verən hadisələrə REAKSİYA


"Ermənistanın Azərbaycanın Tovuz bölgəsində həyata keçirdiyi hücumu şiddətlə qınayırıq".

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.
Nazir hücumun qarşısını alarkən şəhid olan hərbiçilərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib:
"Qardaş Azərbaycan xalqına başsağlığı veririk. Dağlıq Qarabağı işğal edən və illərdir təcavüzkar davranışını davam etdirən Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında durmağa, “bir millət, iki dövlət” deyə qəbul etdiyimiz azərbaycanlı qardaşlarımıza var gücümüzlə dəstək verməyə davam edəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top