ABŞ-da 1 milyondan çox seçici erkən səs verib

ABŞ-ın Florida ştatının təxminən 1,6 milyon sakini prezident seçkisində vaxtından əvvəl səs verib . “Yeniavaz.az”ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə ştatın seçki komissiyası xəbər verib.

Floridada vaxtından əvvəl səsvermə ötən bazar ertəsi başlayıb. Ştatın 50 dairəsində təxminən 300 min nəfər seçki məntəqələrində səs verib, daha 1,3 milyon nəfər isə poçt vasitəsilə bülletenləri göndərib. 665 min respublikaçı və 658 min demokrat vaxtından əvvəl səs verib, qalan seçicilər isə hər hansı partiyaya mənsub olmadan erkən əvvəl səs veriblər.

Bazar ertəsi, həmçinin Alyaska, Arkanzas, Massaçusets və Texas ştatlarında seçki məntəqələri açılıb. Bir çox ştatlarda nəzərdə tutulmuş erkən səsvermə böyük əhəmiyyətə malikdir, çünki seçicilərin böyük əksəriyyəti bu yolla səs verir.

DİGƏR XƏBƏRLƏR

Top