Sabah Bakı sakinlərindən küçəyə çıxmamaq xahiş olunur


Sabah, iyul ayının 4-ü səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Yeniavaz.com xəbər verir ki, bu barədə paytaxtın kommunal strukturlarından məlumat verilib.

"Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur", məlumatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top