Mikayıl Cabbarov pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirlərindən DANIŞDI

“Pandemiya dövründə ölkəmizin iqtisadiyyatı çətinliklə üzləşsə də, iqtisadiyyatımızın strukturunda mənfi təsir minimal səviyyədədir”.

Yeniavaz.com xəbər verir ki, bunu mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

O qeyd edib ki, biznes mühitinin yaxşılaşdırılması istiqamətində işlər görülür.

Nazir vurğulayıb ki, 2019-cu il yanvarın 1-dən əmək müqavilələri ilə bağlı da islahatlar aparılıb:

“2019-cu il yanvarın 1-də 539 min 522 əmək müqaviləsi vardısa, 2020-ci il 26 iyuna bu rəqəm 751 min 705 təşkil edir. Bu, o deməkdir ki, 18 ay ərzində 210 min əmək müqaviləsi artıb”.

DİGƏR XƏBƏRLƏR

Top