200 min mosullunun tibbi yardıma ehtiyacı var

İraqın Mosul şəhərində səhiyyə sahəsində vəziyyət xeyli pisləşib. “Yeniavaz.az”ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının rəsmi nümayəndəsi Tarıq Yazareviç deyib. Onun sözlərinə görə, Mosulun 200 min sakininə tibbi yardım göstərmək lazımdır: “Bunlardan 40 mininin təcili cərrahiyyə əməliyyatına və xəstəxanalarda müailəcəsinə ehtiyacı var”. T. Yazareviç qeyd edib ki, son iki il üzrə vaksinasiya aparmaq lazımdır: “Mosulu tərk edən sakinlər qeydiyyat məntəqələrində tibbi yardım ala bilərlər. 54 səyyar klinikalar hazırlanıb”.

DİGƏR XƏBƏRLƏR

Top