"Heç olmasa 10 gün bu dozada qəbul edin"- Həkim D vitaminindən yazdı


TƏBİB də evdə mualicə alacaq insanlar üçün mualicə protokolunda Vitamin D-nin qəbul edilməsini qeyd edib.
Yeniavaz.com
 xəbər verir ki, həkim pediatr Aytən İsmayılzadə koronavirusa qarşı vitamin D və dozası barədə məlumat verib. 
"Gündəlik 10000 vahid də qəbul etmək olar. Bu nə deməkdir? Yəni deyək ki, əlinizdə bir D vitamini var və onun da bir damcısında 1000 vahid var. Məsələn, Vigantol. Deməli, siz ondan 10 damcı istifadə edəcəksiniz. Amma Vigantol bahadır.
Başqa Vitamin D olsa da olar, əsas dozasıdır. Kapsul formasında olanlar da olur. Yəni 1 damlada və ya 1 kapsulda 500-1000 vahid olur. Bunu nəzərə alıb yola çıxacağıq. Məsələn, Akvadetrim D3-ün 1 damcısında 500 BV var. Amma müalicəyə qədər də immunitetə dəstək lazımdır. Ən çox verilən sual da budur. Profilaktik məqsədlə günə, 5000 BV vitamin D qəbul edə bilərsiniz. Sizi inandırım ki, biz bu koronavirus epidemiyasından sonra qışda qrip filan tutmarıq, uşaqlar da raxit olmaz, çünki hamilələr də koronavirus qorxusundan hazırda D vitaminini normal qaydada qəbul etməyə başlayıb. Yaşlı insanlarımıza vitamin D onsuz da həmişə lazımdır. Yaydır, Günəş var deməyin.
Günəş bu adamların dərisini tapdımı ki, vitamin D də yaratsın. Hələ tünd dəridə təsir daha gec yaranır. Bizim ölkədə xanımlar və bəylər qapalı geyinir. Xaricdəki kimi şortik-mayka geyimək bizdə geniş yayılmayıb. Vitamin D uzanmış vəziyyətdə, kifayət qədər açıq dəridə, doğru günəşlənmə saatında və buna ayrılmış kafi vaxtda normal miqdarda yarana bilər. Əks halda vitamin D əksikliyi yaşanır.
Vitamin D reseptorları immun hüceyrə olan limfositlər üzərində aşkarlanır. Limfositlər isə virusla mubarizədə vacibdir. Vitamin D-nin hələ bizə məlum olmayan çox təsirləri mövcuddur. Vitamin D seçərkən tablet, maye forması, istehsal markası önəmli deyil. Əsas doza düzgün olsun. Doza üçün içliyə baxmaq mütləqdir.
Vitamin D artıqlığı böyrəkdə daş yaranmasına səbəb ola bilər. Amma böyrəyinizdə daş olmasa belə, bu aralar heç deyilsə, 10-15 gün vitamin D balansınızı artırmaqda bir zərər olmaz".

DİGƏR XƏBƏRLƏR

Top