
Rusiya faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuş parad keçirilir.
Yeniavaz.com Rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin də olduğu paradda 14 mindən çox hərbçi, çox sayda hərbi texnika və təyyarələr iştirak edir. Qələbə paradına Belarusiya, Özbəkistan, Tacikistan, Qazaxıstan və digər ölkələrin liderləri qatılıb.
Qeyd edə ki, Qızıl meydanda keçirilən paradda Azərbaycanı Müdafiə naziri Zakir Həsənov təmsil edir.