Mingəçevirdə 17 yaşlı oğlu tərəfindən öldürülən qadının anası danışdı - FOTO+VİDEO


Mingəçevir şəhəri Yeni Həyat  qəsəbəsində qətlə yetirilən Birliyant Hacıyevanın anası Bəsti Babayeva hadisə ilə bağlı Yeniavaz.com-a danışıb. O bildirib ki, gecə saat 4 radələrində onlara qızının ödürüldüyünü və onun meyitinin morqa aparıldığını deyiblər: "Qızım Yeni Həyat qəsəbəsində yaşayır mən isə Az.Dress qəsəbəsində bina evində oluram. Qızım 3 uşaq anası olub. 10 il bundan öncə həyat yoldaşı rəhmətə gedib. Qızım 3 uşağa zülüm-zillətlə baxıb. Kafedə kətə bişirməklə məşğul olurdu. Bir oğlu da hərbi xidmətdədir. Həmin hadisəni törədən 17 yaşlı oğlu gecə saat 4-də evə gələrək yatdığı yerdə qızımın ürək nahiyəsinə çoxsaylı bıçaq zərbələri endirib. Deyilənə görə 25 bıçaq vurub. Özü də içkili idi".

Qeyd edək ki, iyunun 21-də saat 04 radələrində Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsində yaşayan 1974-cü il təvəllüdlü Birliyant Hacıyevanın yaşadığı evdə bıçaqlanaraq öldürülməsi barədə prokurorluq məlumat yayıb.
Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib: “Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub. lkin istintaqla hadisənin zərərçəkmişin oğlu, 2003-cü il təvəllüdlü Elmir Hacıyev tərəfindən qısqanclıq zəminində aralarında yaranan münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Elmir Hacıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib”.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top