Futbol üzrə Azərbaycan çempionu belə mükafatlandırılacaq


Azərbaycan çempionu “Qarabağ”ın mükafatlandırma mərasiminin vaxtı dəyişdirilib.

2019/2020-ci illər mövsümünün qalibi elan edilmiş kluba çempionluq kuboku və qızıl medalların təqdimatı bu gün "Azersun Arena"da təqdim olunacaq.

Tədbir əvvəlcədən nəzərdə tutulduğu kimi 20:50-də deyil, 19:00-da keçiriləcək. Tədbir canlı yayımlanmayacaq və KİV nümayəndələri üçün qapalı olacaq.

Medallar və kubok PFL prezidenti Ramin Musayev tərəfindən klub rəhbərliyinə təqdim olunacaq. (Apasport.az)

DİGƏR XƏBƏRLƏR

Top