Çində koronavirusa 27 yeni yoluxma qeydə alındı - 7-si asimptomatikdir


Çində yeni növ koronavirusa yoluxanların sayı artıb.
Yeniavaz.com "Reuters"ə istinadla xəbər verir ki, Çində son sutkada 27 yeni koronavirusa yoluxma halı qeydə alınıb. Xəstəliyə yoluxan şəxslərin 22-si paytaxt Pekindədir. Verilən məlumatlara görə, COVİD-19-a yeni yoluxan şəxslərdən 7-də koronavirus asimptomatik olaraq özünü göstərib.
Qeyd edək ki, Çində bu günə qədər koronavirus səbəbilə 4 min 634 nəfər dünyasını dəyişib, 83 min 352 nəfər həmin xəstəliyə yoluxub, 78 min 410 nəfər isə sağalaraq evə buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top