Cabir İmanov: "Namusunuz, qeyrətiniz yoxdur ki, çəkib belə şeyləri yayımlayırsız?"


“Son söhbətimizdə Bəhram söylədi ki, onda nə xəstəlik, nə nəfəs daralma, nə də qızdırma yoxdur, özünü yaxşı hiss edir. Amma iki gün əvvəl Bəhramın halı pisləşib. Artıq üçüncü gündür və o, EKMO aparatına qoşulub. Həkimlər əllərindən gələni edirlər ki, onun müalicəsi düzgün getsin”.
Yeniavaz.com 
xəbər verir ki, bu sözləri Əməkdar artist Cabir İmanov  “Instagram”da canlı yayım zamanı Əməkdar artist Tahir İmanov və həmkarı Ələkbər Əliyevlə söhbət edən zaman deyib.
Əməkdar artist Bəhram Bağırzadə haqqında yalan məlumat və video yayımlanması məsələsinə toxunub:
“Çox çətin və pis vəziyyətdir. Ona görə, əlimizdən yalnız dua etmək gəlir. Həkimlərə uğurlar arzu edirik ki, tək Bəhramın deyil, bütün xəstələrə kömək olsunlar. Bəhram haqqında danışdıqca pis oluram. Gərəksiz insanlar yenidən peyda olublar və çirkin əməllərindən əl keçmirlər, onun ölümü barədə yalan məlumatlar yayırlar. Biri klip çəkir, digəri video çəkib, altından yazır ki, bu Bəhramdır. İstər bu Bəhram olsun, istərsə də başqa birisi... Elə vəziyyətdə olan bir xəstəni çəkib, camaata göstərmək nə dərəcədə doğrudur? Sizin ailəniz, namusunuz, qeyrətiniz yoxdur ki, çəkib belə şeyləri yayımlayırsız? Sizə ar və ayıb olsun! Belə şeylər etmək olmaz. Bu, heç bir tərbiyəyə və adət-ənənəyə sığmır”.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top