Bakıda 2 saylı Şəhər Kliniki Xəstəxanasının əməkdaşları koronavirusa yoluxub? - AÇIQLAMA

M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasında koronavirusa yoluxan olmayıb. 

Yeniavaz.com xəbər verir ki, bu barədə oxu.az-a “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva sosial şəbəkələrdə və bəzi media orqanlarında sözügedən xəstəxanada tibb işçilərinin koronavirusa yoluxması ilə bağlı yayılan məlumata münasibət bildirərkən deyib.

O qeyd edib ki, M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasında hazırda tibb işçiləri arasında koronavirusa yoluxanların olmasına dair heç bir məlumat yoxdur.

Xatırladaq ki, bəzi media orqanlarında adıçəkilən səhiyyə ocağında çalışan yeddi tibb bacısının koronavirusa yoluxduğuna dair xəbərlər yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top