Bakıda ağır qəza: İki ölü, iki yaralı


Bakının Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax şossesinin Qobustan qəsəbəsi ərazisinə düşən hissəsində qeydə alınıb.
Beləki BMW markalı avtomobillə “Hyundai” markalı nəqliyyat vasitəsi toqquşub. 
Nəticədə iki nəfər hadisə yerində ölüb.
İsmayıl Məmmədov və daha bir nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Ölənlərin şəxsiyyəti hələlik bəlli deyil.(APA)

DİGƏR XƏBƏRLƏR

Top