Ağsu aşırımında yanğın bəzi istiqamətlərdə nəzarətə götürülüb.
Bu barədə Yeniavaz.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Xatırladaq ki, bu gün Ağsu rayonunda Ağsu aşırımı adlanan dağlıq ərazidə yanğın baş verib.
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2020/6/16/1/a1ea1e4b-d2e6-44d5-9856-ae92c110ad0f/agsu-yangin.jpg)
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2020/6/16/1/f5308233-d4be-478a-88ee-9e8e1e766a37/agsu-yangin2.jpg)
18.08
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağsu rayonunda Ağsu aşırımı ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Yeniavaz.com-a verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Mülkü müdafiə qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.
17:53***
Ağsu rayonunda meşə ərazisində yanğın başlayıb.
Yeniavaz.com report-a istinadən xəbər verir ki, yanğın Ağsu dolayları və Ağsu çayının sol sahilində müşahidə olunur.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Hazırda yanğının söndürülüməsi və genişlənməsinin qaşısını almaq istiqamətində işlər davam etdirilir.