Karantin dövründə bu sahələrdə işləyənlərin sayı artıb – RƏSMİ


Bu ilin aprel ayında özəl sektorda muzdla çalışan (əmək müqaviləsilə) işçilərin sayı 15,1 min nəfər artıb.
Yeniavaz.com-un açqılanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, aprel ayında dövlət sektorunda muzdla çalışan işçilərin sayı 14,9 min nəfər artıb.
Aprel ayında muzdla çalışan işçilərin sayı ən çox tikinti sektorunda artıb – 7 281 nəfər. Bundan başqa ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində muzdla çalışan işçilərin sayı 5 370 nəfər, sənaye sektorunda isə 2 224 nəfər artıb.
Təhsil sektorunda muzdla çalışan işçilərin sayı isə aprel ayında 614 nəfər azalıb. Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində isə işçilərin sayı 410 nəfər azalıb.
Qeyd edək ki, 2020-ci il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin ümumi sayı 1 milyon 676,1 min nəfər olub və bunların  926,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 749,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Məlumat üçün onu da bildirək ki, koronavirus səbəbindən mart ayının 26-dan etibarən ölkə ərazisində  məhdudiyyətlər tətbiq olunur. Bu səbəbdən də aprel ayı ərzində bir-sıra sahələrdə insanların işləməsinə qadğalar qoyulub.
 

DİGƏR XƏBƏRLƏR

Top