Çingiz Əhmədov ATV-də canlı efirdə haqsızlıqdan danışdı – Mikrofonu söndürüldü – VİDEO


Əməkdar artist Çingiz Əhmədov canlı efirdə Akademik Musiqili Teatrın rəhbəri Əliqismət Lalayevə qarşı sərt ittihamlar səsləndirib.
Yeniavaz.com
xəbər verir ki, əməkdar artist ittihamları ATV telekanalında yayımlanan “Şou ATV” səhər proqramının canlı yayımında səsləndirib.
O, artıq haqsızlığa dözə bilmədiyini, teatr rəhbərinin onun və bir neçə aktyorun haqqını tapdaladığını bildirib:
“Böyük sənətkarlarla bir səhnəyə çıxmışam. İndi o qiymətimi ala bilmirəm. Dövlətimiz mənə qiymət verir, teatr rəhbərliyi isə vermir. Kimin bostanına daş atmışam, bilmirəm. Heç vaxt media ilə gündəmə gəlməmişəm, ağlamamışam. Bu gün o Çingiz deyiləm. Prezidentimiz teatrımıza akademik statusu verdi. Bunun sayəsində maaşlarımız artdı. 2016, 2017, 2018-ci illərdə mən prezident mükafatı alırdım. Artıq 2019-2020-ci il... Teatrın müdiri Əliqismət Lalayev mənim haqqımı vermir. Niyə?! Nahidə Orucovanın, Ələkbər Əliyevin, Əzizağa Orucovun haqqını niyə yeyir? Əməkdar artist Novruz Qartal 400 manata kirayədə qalır. Niyə? Artıq teatrın rəhbərinə müharibə elan edirəm”.
Teatrda baş verən özbaşınalıqlardan söhbət açan Əməkdar artist çıxışına davam etsə də, canlı efirdə mikrofonu rejissor tərəfindən söndürülüb.
Proqramın aparıcısı Nanə Ağamalıyeva isə “Anonsumuz var, qısa aradan sonra yenidən qayıdacağıq” – sözlərini, deyib.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top