Azərbaycanda aparılan testlərin sayı - STATİSTİKA


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 3-nə olan statistik göstəriciləri açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5626 test edilib.

Ümumilikdə bu günə qədər 315 min 527 test aparılıb, 6260 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3665 nəfər müalicə olunaraq sağalıb, 76 nəfər vəfat edib, 2519 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Xatırladaq ki, bu gün Azərbaycanda 325 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1954, 1955, 1956, 1973 və 1978-ci il təvəllüdlü 5 nəfər vəfat edib.

DİGƏR XƏBƏRLƏR

Top