DİM sədri: “Hər zalda 15 nəfər abituriyent otura biləcək”


"Hər imtahan zalında 15 nəfər abituriyent otura biləcək".
Yeniavaz.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.
“Proses bir qədər çətin olacaq.Çünki bir gün ərzində müxtəlif səpkili, ən azı 4 növ imtahan kitabçası gələcək tələbələrə təqdim olunacaq. Nəzərə almaq lazımdır ki, 15 minə yaxın nəzarətçi-müəllim iştirak edəcək. Hər zalda 15 nəfərdən çox olmamaq şərti ilə abituriyent otura biləcək. Eyni zamanda hər zala bir nəzarətçi, hər yüz nəfərə isə təxminən bir imtahan rəhbəri ayrılacaq”- deyə, M.Abbaszadə qeyd edib.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top