Eldar Mahmudovun övladlarının İngiltərədə 200 milyonluq var-dövləti üzə çıxıb


Sabiq MTN naziri Eldar Mahmudovun oğlu və qızının İngiltərədə milyonluq mülklər aldığı ortaya çıxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İngiltərənin nüfuzlu mətbuat orqanı “The Guardian” məlumat yayıb. Xəbərdə bildirilir ki, “Cayman National Bank (Isle of Man) Ltd (CNBIOM)” şirkətinin 2019-cu ilin noyabr ayında yayımlanan sənədlərinə əsasən, Mahmudovlar ailəsinin İngiltərədə ümumi dəyəri 100 milyon funt-sterlinq (təxminən 210 milyon manat) biznes və əmlak imperiyası var. Həmin mülklərdən biri məşhur “Harrods” ticarət mərkəzinin yaxınlığında yerləşən, dəyəri 17 milyon funt-sterlinq olan malikanədir. “The Guardian”ın araşdırmasına görə, sözügedən imperiya 36 yaşlı Anar və 31 yaşlı Nərgiz Mahmudova ilə əlaqəli şirkətlərin hesabına qurulub.
Yazıda bəhs edilən var-dövlətin Bakıda neft və tikinti firmasının sahibi, Anarın yaxın qohumu Elmira Mahmudova ilə də əlaqəli olduğu deyilir. Mahmudovların vəkili həmin var-dövlətin ailənin ulu babaları Aslan Aşurovdan qaldığını və Anar Mahmudovun uğurlu biznesmen olduğunu söyləyib. Yazıda Mahmudovların Lüksemburq, Litva və digər ölkələrdə də mülklərə sahib olduğu qeyd edilir. Araşdırmada, Anar Mahmudovun qayınanası Zamirə Hacıyevanın da bir müddət əvvəl “Harrods”da 16 milyon funt-sterliq pul xərcləyərkən saxlanıldığı və haqqında cinayət işi açıldığı xatırladılıb. 
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top