İŞİD-in həbs edilən yeni lideri kimdir? - DOSYE + FOTO


İraqda həbs edilən İŞİD-in yeni lideri Abdel Nasir Kardaş haqqında yeni məlumatlar yayılıb.
Yeniavaz.com
"HaberTürk"ə istinadla xəbər verir ki, əsl adı Taha Abdurrahim Abdullah Bəkir əl Qassani olan Kardaş 1967-ci ildə İraqın Ninova vilayətinin Təlafər rayonunda dünyaya gəlib. İŞİD-ə üzv olması isə 2007-ci ildə baş tutub. Həmin ilin sonuna qədər İŞİD tərəfindən Əl Cəzirə bölgəsininin idarəçisi vəzifəsinə gətirilib. Bu müddət ərzində həm hərbçilərə həm də sadə vətəndaşlara qarşı çoxsaylı terror aktı törədib. 2010-cu ildə Bağdadinin əmri ilə İraqın şimal bölgəsinin idarəçisi təyin edilib. 2011-ci ildə Bağdadi ilə görüşüb və terror təşkilatının "sənaye və inkişaf" adlı qurumunun rəhbəri olub. Sonrakı mərhələdə Suriyaya göndərilib və orada silah və partlayıcı maddə istehsalı ilə məşğul olub. Verilən məlumatlara görə o, terror aktlarında istifadə edilmiş xardal qazının istehsalı və təkmilləşdirilməsində əsas məsul şəxs olub və İŞİD-in silah istehsalı və bənzəri digər bütün işlərini idarə edib. Bağdadinin öldürülməsindən sonra isə həmin terror təşkilatının lideri olub.
Qeyd edək ki, dünən İraqın rəsmi xəbər agentliyi INA Kardaşın ələ keçirildiyini açıqlamışdı.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top