"Zalım fələk", "tale mənə zülm elədi" kimi deyimləri işlətmək doğrudurmu?


Oxuyub öyrəndikcə bir gerçəyi anlayırsan ki, xətasız danışmaq özü çox böyük savab və qabiliyyət tələb edir. Təəssüf ki, bu gün el arasında bir çox xətalı sözlər və ifadələr işlənir. Bu xətalar hər şeydən əvvəl bilməzlikdən irəli gəlir. Biz indi o xətalı sözlərdən bir neçəsini sadalayacağıq və siz oxucularımızdan dönə-dönə xahiş edəcəyik ki, Allah-Taala haqqında danışarkən işlətdiyiniz ifadələrə fikir verəsiniz.
Ağsaqqala hörmət mənasında belə bir söz işlədirlər: “Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma”. Doğrusu, bu cür günah dolu nəsihətdən adamın canı sıxılır.
Allahsız yermi var? O (c.c.), hər yerdədir. Bu söz təkcə xəta deyil, həm də günahdır. Nə demək istəyirsən, yəni sənin ağsaqqalın Allah-Taaladan dahamı dəyərli oldu?!
Allah-Təala haqqında danışarkən bəzən “o kişi” ifadəsi işlədilir. Bu da xətadır. Ümumiyyətlə, bir şeyi bilmək lazımdır ki, biz bəndələrin Allah-Taalanın şəkli, fiziki ölçüləri, cinsiyyəti haqqında düşünməyi belə doğru deyil. Çünki Allah-Taala insan ağlının yetişmədiyi, çata bilmədiyi uca bir varlıqdır.
Bəzən “O göydəki Allah” deyirik. Bu da doğru deyim deyil. Dediyimiz kimi, O, hər şeyin və hər yerin Xaliqidir və hər yerdədir.
Bəzən də analar, nənələr körpələri sevəndə “Allah babası, buna onu ver, bunu ver” kimi dua edirlər. “Allah baba” ifadəsi də doğru deyil, hətta günahdır.
“Zalım fələk”, “tale mənə zülm elədi” kimi deyimlərə də tez-tez rast gələ bilərsiniz, təbii ki, hansısa şeirdə, ya ədəbi parçada. Bu deyimlər çox xətalı deyimlərdir. Dolayısı ilə Allah-Taalanı zülm etməkdə ittiham etməkdir!!! Bu düşüncənin nə qədər qorxunc, dəhşətli olduğunu düşünürsünüzmü? Allah-Taala qullarına mərhəmət edər, cəzanı haqq edənlərə də cəzasını verər. Cəza ədalətdır, cinayətin, günahın qarşılığıdır, zülm isə haqsızlıqdır, Allah-Taalaya haqsızlığı isnad edən çox ağır günah işləmiş olur. Ümid edirik ki, bu ifadələri işlədənlər nə dediyinin fərqinə varmadan deyiblər.
Belə deyimlər var: “Filankəs o qədər xəsisdir ki, Allah verdiyi canı ondan ala bilmir”, “ağzını qoyub Allah yoluna, nə gəldi danışır”, “Allah ağlımı aldı, bu əməli işlədim”, “yoxdan Allah da bezardır”... Bu cür deyimlərin sayını artırmaq da olar. Amma deyək ki, bu deyimlərin hamısı başdan-ayağa xətadır, günahdır. Ola bilsin ki, sizlərdən kimsə nə zamansa heç fərqinə varmadan o ifadələrdən hansınısa işlətmisiniz, amma
Bəli, hörmətli oxucular, xətasız danışmaq çətin işdir. Günahlarımızın böyük hissəsini də elə bu cür kəlmələr işlədən dilimizlə qazanırıq. Bu zamana qədər dilimizdən çıxan bu cür xətalar üçün tövbə edək, bir daha o cür zərərlə, zəhərli deyimləri dilimizə gətirməyəcəyimizə dair söz verək və bundan sonra da o cür sözləri ağzımızdan çıxarmadan əvvəl yaxşıca düşünək, sonra qərar verək, söyləmək olar, yoxsa yox...

Əli Çərkəzoğlu

DİGƏR XƏBƏRLƏR

Top