Allah-Taalanı belə tanıyaq


Allah-Taalanın rəhməti, şəfqəti və mərhəməti sonsuzdur. Bütün qullarına yetərli, bütün aləmə kafidir. Cənabi Haqq Ona yönələn qulunun müxtəlif vəsilələr yaradaraq rəhmət iqliminə çəkər. Amma bəndə də Allahı inkar edirsə, bu qədər gördüklərindən dərs alıb doğru yola dönmürsə, yəni adam olmursa, əlbəttə, gec-tez Allah-Taalanın ədaləti ilə qarşılaşacaq.
Allah qulunu cəzalandırmaq üçün yaratmayıb. Fürsət düşən kimi da onu tutub cəhənnəmə atmaq üçün dünyaya göndərməyib. Necə ki, insan balasını xətasından dolayı atəşə atmaz, Allah da onu Rəbb olaraq qəbul edən qullarından sonsuz mərhəmətini əsirgəməz, onları cəhənnəmə atmaz. Həzrəti Ömər Səadət Əsrində baş verən bir hadisəni danışarkən bu mövzuda Peyğəmbərimizin müjdəsini bizə çatdırır.
Bir savaşdan sonra əsirlərin arasında uşağından ayrı düşmüş bir qadın vardı. Yazıq qadın uşağı üçün o qədər darıxırdı ki, gördüyü hər uşağı qucaqlayır, bağrına basır və əmizdirirdi. Rəsullulah (s.ə.s.) ətrafındakılara: “Bu qadının öz balasını atəşə atacağına ehtimal verirsinizmi?” deyə soruşdu. “Əsla, atmaz” dedilər. Rəsulullah (s.ə.s.) da “Bəli, Allah-Taala qullarına bu qadının balasına olan şəfqətindən daha mərhəmətlidir” buyurdu.

Əli Çərkəzoğlu

DİGƏR XƏBƏRLƏR

Top