Acun Ilıcalının Avropa klubunu satın alma xəbəri təsdiqləndi


Məşhur türkiyəli aparıcı və iş adamı Acun Ilıcalının futbol klubu almağa hazırlaşması ilə bağlı xəbərlər yayılmışdı.

Bununla bağlı açıqlama verən məşhur aparıcı "Hədəfim türk və dünya futboluna yeni ulduzlar qazandırmaqdır" ifadələrini işlətmişdi.

Həmin klubun isə Niderlandın "Fortuna Sittard" komandası olduğu bildirilirdi. Bu gün sözügedən klubun idarə heyətinin rəhbəri olan türkiyəli iş adamı İşıtan Gün şəxsi "Tvitter" hesabından paylaşım edərək, bu məlumatların həqiqətə uyğun olduğunu bildirib.

O bildirib ki, Acunla aralarında belə bir söhbət olub və bu istək məmnuniyyətlə qarşılanıb.   /Offsideplus.az

DİGƏR XƏBƏRLƏR

Top