Nə bənzəri var, nə rəqibi, kimsə Onunla müqayisə olunmaz


Allahı düşünəndə ağlınıza hansı obraz gəlirsə, əmin olun ki, Allah deyil, nəinki Allah deyil, heç Ona bənzəri də yoxdur. Çünki Allahın bənzəri yoxdur, rəqibi yoxdur, heç bir şeyi, heç bir canlını Onunla müqayisə etmək olmaz. Ümumiyyətlə bir həqiqəti yadda saxlamaq lazımdır ki, insan ağlı, təfəkkürü, təsəvvürü nə qədər geniş olsa da məhduddur, Allahsa hüdudsuzdur. Məhdud olan hüdudsuz olanı öz içinə sığdıra bilməz.

İnsanı aldadan, əhəmiyyətli məsələlərdən biri də Yaradıcıya aid sifət və xüsusiyyətlərlə, yaradılanlara aid xüsusiyyətləri müqayisə etməsi və qarışdırmasıdır.

Allah, varlığı özündən olub başlanğıcı və sonu olmayandır. Məxluqatın, var olmaq üçün mütləq bir Yaradıcıya ehtiyacı olduğu kimi, başlanğıc və sonları da vardır. Allah, bütün sifətləri ilə sonsuz kamaldadır. Acizlikdən, ehtiyacdan, zaman və məkandan uzaqdır. 

Yaradılanlar isə varlıqlarını davam etdirə bilmək üçün və fəaliyyət göstərə bilmək üçün zaman və məkana ehtiyac duyar.

Burada elmi həqiqət var; müqayisə və qiymətləndirmələr eyni növlər arasında edilər. İki almanın üç armudla toplana bilməyəcəyi ibtidai məktəb uşağının biləcəyi bir həqiqətdir və Yaradıcı ilə yaradılan mövqeyində olan, məhdud ilə sərhədsiz olan necə bir-biriylə müqayisə edilə bilər?

Əli Çərkəzoğlu

DİGƏR XƏBƏRLƏR

Top